Lənkəranda Heydər Əliyev Parkı yenidən qurulur - FOTO

Lənkəranda Heydər Əliyev Parkı yenidən qurulur   - <span style="color: red;">FOTO
# 10 dekabr 2012 11:59 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran şəhərinin mərkəzi ərazisində yerləşən Heydər Əliyev Xatirə Parkında yenidənqurma işlərinə başlanıb. APA-nın Cənub bürosunun məlumatına görə, burada yeni plitələr döşənilir, səkillər təzələnir, kanalizasiya və işıq sistemləri yenidən qurulur. Eyni zamanda, parkda yeni yaşıllıqlar salınır, mövcud yaşıllıqlara isə yeni forma verilir.

Xatirə parkında Heydər Əliyev Mərkəzi isə tamamilə yenilənib, burada müasir avadanlıqlarla təchiz edilmiş kinozal, elektron kitabxana, internet-klub, rəsm və foto studiyaları, sərgi salonu, akt və konfrans zalları fəaliyyət göstərir.

Parkın ərazisində ucaldılan Gənclər Mərkəzinin tikintisi də davam etdirilir. Obyektin gələn ilin ortalarında ictifadəyə veriləcəyi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR