XİN: Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü noyabrın sonunda Türkiyədə keçiriləcək

XİN: Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü noyabrın sonunda Türkiyədə keçiriləcək
# 19 noyabr 2012 14:09 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi məlum deyil, hazırda bununla bağlı dəqiqləşdirmə işləri aparılır. Elman Abdullayev bildirib ki, bu, ənənəvi xarakter almış görüş olacaq. Bundan əvvəlki görüş Naxçıvanda, daha əvvəl isə Urmiya şəhərində keçirilib. Nazirlik sözçüsü həmçinin qeyd edib ki, səfərin məqsədi ikitərəfli, regional formatda əməkdaşlıq məsələlərinin müzakirə etməkdir: “Regionda böyük problem yaradan Azərbaycan-Ermənistan münasibətləri də görüş zamanı müzakirə ediləcək”.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, regional əməkdaşlığın inkişafı baxımından bu görüş çox əhəmiyyətlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR