Fevralın birinci yarısında ekoloji qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı 159 akt və protokol tərtib olunub

Fevralın birinci yarısında ekoloji qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı 159 akt və protokol tərtib olunub
# 21 fevral 2013 08:38 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının birinci yarısında ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq məqsədilə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 159 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 84 müddətli məcburi göstəriş verilib.


Ümumilikdə 23 iş üzrə 19677 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 303527,53 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 164 iş üzrə 33005,79 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qruplarına 8, məhkəmələrə isə 2 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR