Moskva məhkəməsi gəlin kortejindən havaya atəş açan 18 yaşlı Azərbaycan vətəndaşına hökm oxuyub - YENİLƏNİB

Moskva məhkəməsi gəlin kortejindən havaya atəş açan 18 yaşlı Azərbaycan vətəndaşına hökm oxuyub - <span style="color: red;">YENİLƏNİB
# 18 dekabr 2012 11:59 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Nikulinski Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı S. Nəbizadənin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə təqsirləndirilən Seymur Nəbizadə barəsində 2 il şərti cəza hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il noyabrın 12-də Seymur Nəbizadə Moskvada gəlin kortejində avtomobillə hərəkət edərək havaya travmatik silahla bir necə dəfə atəş açıb. Hadisə şahidləri və yerli sakinlər polisə bu barədə məlumat veriblər. Polis gəlin kortejindəki avtomobilləri saxlamağa cəhd etsə də, avtomobillərin sürücüləri polisin “Saxla!” əmrinə riayət etməyiblər. Bir neçə polis maşını korteji toy mərasiminin keçirildiyi “Safisa” şadlıq sarayına qədər qovub. Yolu bağlayan polis maşınları saxlayıb. Doqquz azərbaycanlının üzərinə və avtomobillərinə baxış keçirilib. Bu zaman Seymur Nəbizadənin üzərindən 1 ədəd “Makarov“ tipli travmatik tapança, avtomobilindən isə bir ədəd travmatik silah, qandal və çoxlu sayda patron aşkarlanaraq götürülüb.

Seymur Nəbizadə xuliqanlıq maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR