Bakının “İnter” klubu Almaniya komandası ilə oynayacaq

Bakının “İnter” klubu Almaniya komandası ilə oynayacaq
# 06 dekabr 2012 11:28 (UTC +04:00)

Bakı – APA. Bakının “İnter” klubunun qış fasiləsində təlim-məşq toplanışı keçəcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri klublarımız üçün ənənəvi hazırlıq məkanı olan Antalyaya yollanacaq. Yanvarda Türkiyədə toplanışda olacaq təmsilçimizin yoxlama oyunlarından birindəki rəqib də məlumdur.


Belə ki, “İnter” Almaniyanın aşağı dəstə təmsilçisi “Aalen”lə yoxlama matçında qüvvəsini sınayacaq. Yanvarın ortalarında Bələk şəhərinə gedəcək alman klubu 1 həftəlik toplanışda 3 yoxlama matçından sonuncusunda bakılılarla görüşəcək. Bunadək “Aalen”
Hollandiya “Alkmaar”ı və Almaniya “Karlsrue”si ilə üz-üzə gələcək.

Qeyd edək ki, II Bundesliqada çıxış edən “Aalen” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Liderlər qrupunda olan komanda 17 turda 25 xal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR