Gürcüstanda yol hərəkəti qaydalarını pozan nazirlər cərimələnib

Gürcüstanda yol hərəkəti qaydalarını pozan nazirlər cərimələnib
# 22 dekabr 2012 23:10 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda bir neçə nazir və hakim partiyanın nümayəndələri yol hərəkəti qaydalarını pozduqlarına görə patrul polisi tərəfindən cərimələnib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər naziri İrakli Qaribaşvili “Rustavi-2” televiziyasının efirindən bildirib. Qaribaşvili bildirib ki, vəzifələrindən və hansı partiyaya mənsub olmalarından asılı olmayaraq hamı qanun qarşısında bərabərdir və qaydanı pozanlar cəza alacaqlar.

Qaribaşvili qeyd edib ki, hazırda baş prokurorluqda polisin fəaliyyəti araşdırılır. “Bu mənim marağımdadır ki, bütün işlər araşdırılsın. Əgər polis vəzifəsindən sui-istifadə edibsə və özləri qanunu pozublarsa, biz buna da adekvat cavab verəcəyik,” nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR