Suriya hərbi polisinin rəisi müxalifət sıralarına keçib

Suriya hərbi polisinin rəisi müxalifət sıralarına keçib
# 26 dekabr 2012 12:53 (UTC +04:00)

APA-nın məlumatına görə, general bildirib ki, ordu qatillər dəstəsinə çevrilib və artıq xalqı müdafiə etmək kimi müqəddəs vəzifəsini həyata keçirmir. Onun bu çıxışı yazılmış kadrlar “Al-Arabia” telekanalında yayımlanıb. Çəkiliş hazırda Əsəd ordusu ilə müxalifət arasında qanlı döyüşlərin getdiyi Türkiyə-Suriya sərhədində aparılıb. General bildirib ki, çoxdan fərarilik etmək niyyəti olub, lakin yalnız indi buna imkan tapıb. O, ölkədə Əsədin tərəfində döyüşmək istəməyən daha bir neçə yüksək rütbəli zabitin olduğunu və onların da qaçmaq üçün fürsət gözlədiklərini bildirib. General bildirib ki, orduda kütləvi fərariliyin başlamasına hakimiyyət tərəfindən tətbiq olunan sərt nəzarət rejimi mane olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR