Nazirlər Kabineti hərbçilərin sosial müdafiəsi və təminatı ilə bağlı bir sıra qərarlarında dəyişiklik edib

Nazirlər Kabineti hərbçilərin sosial müdafiəsi və təminatı ilə bağlı bir sıra qərarlarında dəyişiklik edib
# 10 dekabr 2012 16:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti hərbiçilərin sosial müdafiəsi və təminatı ilə bağlı bir sıra qərarlarında dəyişiklik edib. bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları", "Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi mükəlləfiyyətlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında", "Hərbi qulluqçulara (hərbi təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" və "Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında" qərarları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinə də şamil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR