Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 9% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 9% artıb
# 24 aprel 2012 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 9,4% üstələyərək 1 312,7 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 71,2%-i hüquqi şəxslərin müəssisələri sayəsində yaranıb və bu müəssisələrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 8,6% artaraq 1 016,3 mln. manata çatıb.

«Hesabat dövründə hər bir ölkə sakini hər ay orta hesabla 47,9 manatlıq və ya 4,6 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR