Bakı Fond Birjasında 1 952,8 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında 1 952,8 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 05 avqust 2008 00:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10203720S seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 1 952 800 manat təşkil edib. Sifarişlər 96,17% (gəlirlik 11,47%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 96,57% (gəlirlik 11,47%), isə 97,30% (gəlirlik 11,13%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 952 800 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-cu ilin noyabrın 25-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR