Bakı Fond Birjasında Azərbaycan Milli Bankının 6 378,6 min manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında Azərbaycan Milli Bankının 6 378,6 min manatlıq notları yerləşdirilib
# 06 avqust 2008 22:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103119S seriyalı, ümumi həcmi 40 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 6 378 600 manat təşkil edib. Sifarişlər 99,07% (gəlirlik 12,07%) – 99,16% (gəlirlik 10,89%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,07% (gəlirlik 12,07%), orta ölçülmüş qiyməti isə 99,10% (gəlirlik 11,68%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 6 378,6 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin sentyabrın 3-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR