Bakı Fond Birjasında 858 400 manatlıq DQİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında 858 400 manatlıq DQİ emissiyası yerləşdirilib
# 07 avqust 2008 02:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avqustun 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10302620S seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 858 400 manat təşkil edib. Sifariş 96,83% (gəlirlik 11,49%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent 96,83% (gəlirlik 11,49%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 858 400 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-ci il noyabrın 18-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR