Bu gün BBVB-nin valyuta bölməsində 5,509 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 5,509 mln. dollarlıq əqd bağlanıb
# 06 avqust 2008 14:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8086 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8089 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 4 053 783,70 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 404 300 AZN, manatın orta məzənnəsi isə 0,8086 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 5,509 mln. dollar və ya 4 458 083,70 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 101 800 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,69%, ABŞ dolları üzrə isə illik 16,44% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1 mln. AZN, müddəti 5 gün, illik faiz dərəcəsi 11,00% təşkil edən 1 əqd qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR