Bank Of Baku

BBVB-nin valyuta bölməsində 190 min dollarlıq əqd bağlanıb

BBVB-nin valyuta bölməsində 190 min dollarlıq əqd bağlanıb
# 07 avqust 2008 22:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avqustun 7-də Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8090 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8086 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 153 710 AZN, manatın orta məzənnəsi isə 0,8090 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 190 min dollar və ya 153 710 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 95 min dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,71%, ABŞ dolları üzrə isə illik 16,86% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR