Bank Of Baku

Bakı Fond Birjasında 364,6 min manatlıq dövlət qısamüddətli istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında 364,6 min manatlıq dövlət qısamüddətli istiqrazları yerləşdirilib
# 09 avqust 2008 01:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avqustun 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10303820S seriyalı dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 364 600 manat təşkil edib. Sifariş 95,65% (gəlirlik 11,53%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent 95,65% (gəlirlik 11,53%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 364 600 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-cu ilin dekabrın 30-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR