Bank Of Baku

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Beynəlxalq Bankın sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Beynəlxalq Bankın sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb
# 08 avqust 2008 15:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 500 mln. ədəd, emissiyanın ümumi həcmi isə 100 mln. manat təşkil edib. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Birja mütəxəssislərinin fikrincə, ABB səhmlərin yerləşdirilməsinə artıq bu ilin avqust ayında başlayacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, ABB-nin nizamnamə kapitalı 2 dəfə artaraq 200 mln. manata çatdırılacaq. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «İnternational Transaction System» MMC çıxış edir.

Qeyd edək ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR