Bank Of Baku

BBVB-nin valyuta bölməsində 8,92 mln. dollarlıq əqd bağlanıb

BBVB-nin valyuta bölməsində 8,92 mln. dollarlıq əqd bağlanıb
# 11 avqust 2008 18:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 11-də Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8123 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8103 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 7 245 986 AZN, manatın orta məzənnəsi isə 0,8123 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 8,92 mln. dollar və ya 7 245 986 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1,784 mln. dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 825 950 AZN təşkil edib. Manatın orta məzənnəsi avroya nisbətən 1,2341 AZN təşkil edib.

Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,94%, ABŞ dolları üzrə isə illik 15,72% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 3 mln. manat, 2 mln. manat, müddətləri 7 və 30 gün, faiz dərəcələri 7,00% və 15,00%, həbelə həcmi 2 mln. dollar, 400 min dollar və hər birinin həcmi 500 min dollar, müddəti 6, 10, 22 və 30 gün, faiz dərəcələri 16,00%, 17,00%, 17,00%, 18,00% təşkil edib əqdlər qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR