Bank Of Baku

Dünya bazarında neftin ucuzlaşması ABŞ fond birjalarına mənfi təsir göstərib

Dünya bazarında neftin ucuzlaşması ABŞ fond birjalarına mənfi təsir göstərib
# 03 sentyabr 2008 14:52 (UTC +04:00)
Bakı. Rauf Qasımov – APA-Economics. Bu günlərdə dünya bazarında neftin qiymətinin son beş ayda ən aşağı səviyyəyə düşməsi ABŞ-ın fond birjalarında qiymətli kağızların bahalaşmasına səbəb olmayıb. «APA-Economics»in məlumatına görə, xammalın qiymətindəki ümumi düşmə əksinə neft hasil edən şirkətlərin səhmlərinin ucuzlaşması ilə müşayiət olunub. Nəticədə, sentyabrın 2-də ABŞ-in birjaları cari işini mənfi göstəricilərlə yekunlaşdırıb.
Ötən gün Dow Jones indeksi 0,23% düşərək 11517 bənd, NASDAQ indeksi 0,77% düşərək 2349 bənd, S&P 500 indeksi 0,41% düşərək 1278 bənd təşkil edib. WTI markalı neftin qiyməti bir barel üçün 109,71 dollar təşkil edib ki, bu da əvvəlki günün göstəricisi ilə müqayisədə 5,75 dollar azdır.
Avropada isə birja göstəricilərində yüksəliş qeydə alınıb. Belə ki, London birjasında FTSE indeksi 0,32% artaraq 5621 bəndə, Fransada CAC-40 1,5% artaraq 4539 bəndə, Almaniyadakı DAX indeksi isə 1,51% artaraq 6518 bəndə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR