Bank Of Baku

NYMEX-də neftin qiyməti 109,35 dollar/barelədək enib

NYMEX-də neftin qiyməti 109,35 dollar/barelədək enib
# 04 sentyabr 2008 08:50 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 36 sent düşərək 1 barelə görə 109,35 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 28 sent – 108,06 dollaradək ucuzlaşıb. Hərraca Meksika körfəzində hasilatın bərpa edilməsi və ABŞ-da «qara qızıla» olan tələbatın azalması təsir göstərib.
Qeyd edək ki, Fransanın «BNP Paribas» bankı Light Sweet markalı neftin qiymətinə dair 2008-ci il üçün proqnozunu 10,8 dollar – 1 barelə görə 113,1 dollaradək, Brent markalı neftin dəyərinə dair proqnozunu isə 10,2 dollar – 112,2 dollaradək endirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR