Bank Of Baku

Dow Jones indeksi 0,14% artıb, Nasdaq 0,66%, S&P 500 isə 0,2% düşüb

Dow Jones indeksi 0,14% artıb, Nasdaq 0,66%, S&P 500 isə 0,2% düşüb
# 04 sentyabr 2008 09:15 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 3-də Amerika bazarlarında Dow Jones indeksi 0,14% - 11533 bəndədək yüksəlib, Nasdaq 0,66% - 2334 bəndədək, S&P 500 isə 0,2% - 1275 bəndədək düşüb.
«APA-Economics»in məlumatına görə, hərraca «General Motors» və «Ford» şirkətlərinin satış həcmlərinin azalması təsir göstərib. «Goldman Sach»ın qiymətli kağızları 0,68%, «Coca-Cola»nın - 1,17% ucuzlaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 2,2% - 5500 bəndədək, Almaniya DAX-ı 0,79% - 6467 bəndədək, Fransa CAC-40-ı isə 2,07% - 4447 bəndədək enib. «Nokia» şirkətinin səhmləri 4,6%, «British Airways»in 3,9%, «Ryanair»ın 4,2%, «Air France-KLM»in 1%, «BNP Paribas» bankının qiymətli kağızları 1,3%, «Royal Bank of Scotland»ın 1,9%, «Bank of Ireland»ın 2%, Britaniyanın mobil rabitə operatoru olan «Vodafone Group»un 1,8% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4487 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR