Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Milli Bankının 504 min manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 504 min manatlıq notları yerləşdirilib
# 04 sentyabr 2008 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103519S seriyası ilə dövlət qeydiyyatından keçmiş, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, bir investorun iştirakı ilə keçirilən hərracda sifarişin nominal üzrə həcmi 504 min manat təşkil edib. Sifariş 99,12% (gəlirlik 11,02%) qiyməti ilə təqdim edilib. Notların rəqabətli sifariş üzrə kəsmə və ortaölçülmüş qiymətlər emitent tərəfindən 99,12% (gəlirlik 11,02%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 504 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən cari ilin oktyabrın 2-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR