Bank Of Baku

Dow Jones indeksi 2,99%, Nasdaq 3,2%, S&P 500 isə 2,99% enib

Dow Jones indeksi 2,99%, Nasdaq 3,2%, S&P 500 isə 2,99% enib
# 05 sentyabr 2008 09:39 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 4-də Amerika bazarlarında Dow Jones indeksi 2,99% - 11188,23 bəndədək, Nasdaq 3,2% - 2259,04 bəndədək, S&P 500 isə 2,99% - 1236,83 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, hərraca Avropa Mərkəzi Bankı və İngiltərə Bankının faiz uçot dərəcələrinin dəyişməz – müvafiq olaraq 4,25% və 5% səviyyəsində saxlanılması barədə qərarları təsir göstərib. Hərracın nəticəsində «Boeing» aviaşirkətinin səhmləri 4,6%, ABŞ-ın kredit kartı operatoru olan «American Express»in 5,3% ucuzlaşıb. Neft qiymətinin enməsi fonunda «Exxon Mobil»in qiymətli kağızları 2,4%, «Chevron»un - 3,5% düşüb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 2,50% - 5362,10 bəndədək, Almaniya DAX-ı 2,91% - 6279,57 bəndədək, Fransa CAC-40-ı isə 3,22% - 4304,01 bəndədək enib. Britaniya HBOS bankının səhmləri 6,8%, «Barclays»ın 6%, «Royal Bank of Scotland»ın 3,9%, İsveçrənin UBS bankının qiymətli kağızları 5,4%, Almaniyanın «Deutsche Bank»ın 3,9%, «Commerzbank»ın 2,18% ucuzlaşıb. Neft sektorunda isə «Total» şirkətinin səhmləri 2,14%, «Royal Dutch Shell»ın 3,19%, «British Petroleum»un 0,1% enib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) gözlənilən zərər barədə proqnozlarından sonra «British Airways»in qiymətli kağızları 4,8%, «Deutsche Lufthansan»ın 3,4% itirib.
Dünya bazarında avro 1,4275 dollaradək ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR