Bank Of Baku

Ötən həftə Dow Jones indeksi 2,8%, Nasdaq 4,7%, S&P 500 isə 3,2% düşüb

Ötən həftə Dow Jones indeksi 2,8%, Nasdaq 4,7%, S&P 500 isə 3,2% düşüb
# 08 sentyabr 2008 08:44 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 5-də Amerika bazarlarında Dow Jones indeksi 0,3% - 11220,96 bəndədək, S&P 500 0,4% - 1242,31 bəndədək artıb, Nasdaq isə 0,1% - 2255,88 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, hərraca dünyanın iri mobil telefon istehsalçısı olan «Nokia»nın cari ilin üçüncü rübündə şirkətin bazar payının azalacağı barədə proqnozları təsir edib. Nəticədə, «Nokia»nın səhmləri təqribən 10% ucuzlaşıb. «Lehman Brothers» bankının səhmləri 6,8%, «Citigroup»un 4,2%, «JPMorgan»ın 4,5% yüksəlib. Neftin ucuzlaşması fonunda «Exxon Mobil»in qiymətli kağızları -0,7%, «Chevron»un 1,23%, «ConocoPhilips»in 1,4% itirib.
Ümumiyyətlə, ötən həftə Dow Jones indeksi 2,8%, Nasdaq 4,7%, S&P 500 isə 3,2% düşüb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 2,26% - 5240,70 bəndədək, Almaniya DAX-ı 2,43% - 6127,44 bəndədək, Fransa CAC-40-ı isə 2,49% - 4196,66 bəndədək zəifləyib. Britaniya «Barclays» bankının səhmləri 3,6%, İsveçrə UBS-in - 3,6% düşüb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4354 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR