Bank Of Baku

BFB-da 10305220S seriyalı 3 333,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10305220S seriyalı 3 333,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 08 sentyabr 2008 16:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305220S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 3 333 200 manat təşkil edib. Sifariş 95,19% (gəlirlik 11,38%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent 95,19% (gəlirlik 11,38%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 333 200 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 17-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR