Bank Of Baku

Dow Jones indeksi 2,59%, Nasdaq 0,62%, S&P 500 isə 2,05% yüksəlib

Dow Jones indeksi 2,59%, Nasdaq 0,62%, S&P 500 isə 2,05% yüksəlib
# 09 sentyabr 2008 08:49 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 8-də Amerika bazarlarında Dow Jones indeksi 2,59% - 11510,74 bəndədək, Nasdaq 0,62% - 2269,76 bəndədək, S&P 500 isə 2,05% - 1267,79 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, «Citigroup»un səhmləri 6,6%, «J.P.Morgan»ın 4,9%, «American International Group» sığorta şirkətinin 1,9%, «Goldman Sachs» bankının 4%, «ExxonMobil» neft şirkətinin 1,5% bahalaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 3,92% - 5446,30 bəndədək, Almaniya DAX-ı 2,22% - 6263,74 bəndədək, Fransa CAC-40-ı isə 3,42% - 4340,18 bəndədək yüksəlib. İsveçrənin UBS bankının qiymətli kağızları 8,3%, «Deutsche Bank»ın 6,2%, Britaniya «Barclays», HBOS və «Royal Bank of Scotland» banklarının 11-12% artıb. Fransanın AXA sığorta qrupunun səhmləri 12,5% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4125 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR