Bank Of Baku

NYMEX-də neftin qiyməti 106,34 dollar/barelədək artıb

NYMEX-də neftin qiyməti 106,34 dollar/barelədək artıb
# 09 sentyabr 2008 08:50 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 11 sent bahalaşaraq 1 barelə görə 106,34 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 65 sent – 103,44 dollaradək ucuzlaşıb.
Bu gün səhər isə WTI neftinin qiyməti 85 sent – 105,49 dollaradək, Brent markalı neftin dəyəri 96 sent – 102,48 dollaradək enib.
Qeyd edək ki, Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) İran tərəfindən başçısı Məhəmməd Əli Xatibi 2009-cu ildə dünya bazarında artıq neft təklifinin yaranmasını istisna etməyib. Onun sözlərinə görə, hazırda OPEC sutkada 32,6-32,8 mln. barel neft hasil edir və bu parametrlər qorunacağı təqdirdə bazarda artıq təklif yarana bilər. Bu isə, öz növbəsində, «qara qızıl»ın qiymətinin daha da düşməsinə gətirib çıxaracaq. Bununla yanaşı, M.Ə.Xatibi vurğulayıb ki, 1 barelin maya dəyəri hazırda 80 dollar təşkil etdiyindən, neftin qiyməti bu səviyyədən aşağı düşməyəcək.
İranın neft naziri Qulamhüseyn Nözəri də hesab edir ki, OPEC dünya bazarına tədarük etdiyi neft həcmlərini azaltmalıdır. Nazirin sözlərinə görə, tədarük həcmlərinin azaldılması məsələsi OPEC-in bu gün keçiriləcək sammitində müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR