Bank Of Baku

Dow Jones indeksi 2,43%, Nasdaq 2,64%, S&P 500 isə 3,41% düşüb

Dow Jones indeksi 2,43%, Nasdaq 2,64%, S&P 500 isə 3,41% düşüb
# 10 sentyabr 2008 09:39 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 9-da Amerika bazarlarında Dow Jones indeksi 2,43% - 11230,73 bəndədək, Nasdaq 2,64% - 2209,81 bəndədək, S&P 500 isə 3,41% - 1224,51 bəndədək düşüb.
«APA-Economics»in məlumatına görə, «ExxonMobil» neft şirkətinin səhmləri 4,6%, «Chevron Corp.»un - 2,8%, «Valero Energy Corp.»un 11,8% itirib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,56% - 5415,60 bəndədək, Almaniya DAX-ı 0,48% - 6233,41 bəndədək, Fransa CAC-40-ı isə 1,08% - 4293,34 bəndədək enib. «BHP Billiton» hasilat şirkətinin qiymətli kağızları 5%, «Rio Tinto Plc.»in 5,1%, İsveçrənin «Xstrata Plc.»nin 8%, Fransanın «Total» şirkətinin 2,4%, Britaniya «BP Plc.»nin 1,9% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4107 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR