Bank Of Baku

BFB-da 10504020S seriyalı 2 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10504020S seriyalı 2 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 10 sentyabr 2008 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10504020S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 3,1 mln. manat təşkil edib. Sifarişlər 91,00% (gəlirlik 11,99%) və 91,42% (gəlirlik 11,38%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent 91,42% (gəlirlik 11,38%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin avqustun 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR