Bank Of Baku

NYMEX-də neftin qiyməti 102 dollar/barelədək enib

NYMEX-də neftin qiyməti 102 dollar/barelədək enib
# 11 sentyabr 2008 08:28 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 68 sent düşərək 1 barelə görə 102,58 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,37 dollar – 98,97 dollaradək ucuzlaşıb.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, Şimal dənizinin şelfində hasilatın azalması və Bakı-Tiflis–Ceyhan boru kəmərində təmirin aparılması ilə bağlı cari ilin avqust ayında dünya üzrə neftin hasilatı iyul ayı ilə müqayisədə 1 mln. barel – sutkada 86,8 mln. barelədək enib. OPEC ölkələrindən isə neftin tədarükü 195 min barel – sutkada 32,5 mln. barelədək azalıb.
Avqust ayının nəticələrinə əsasən, Beynəlxalq Enerji Agentliyinin ekspertləri dünya üzrə neft istehlakına dair 2008-ci və 2009-cu illər üçün proqnozlarını müvafiq olaraq 100 min və 140 min barel azaldıb. Yenilənmiş proqnoza görə, 2008-ci ildə dünya üzrə neft istehlakı 2007-ci illə müqayisədə 0,8% artaraq sutkada 86,8 mln. barelə çatacaq, 2009-cu ildə isə daha 1% artaraq sutkada 87,6 mln. barel təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR