Bank Of Baku

Dünya bazarında neftin qiyməti 100 dollara düşüb

Dünya bazarında neftin qiyməti 100 dollara düşüb
# 12 sentyabr 2008 08:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,33 dollar – 97,64 dollaradək ucuzlaşıb.
Qeyd edək ki, «qara qızıl»a olan tələbatın azalması fonunda Britaniyanın «Barclays» bankı 2008-ci ilin dördüncü rübü üçün WTI neftinin qiymətinə dair proqnozunu 21% - 1 barelə görə 97,5 dollaradək, «Brent» markalı neftin qiymətinə dair proqnozunu isə 122,2 dollardan 95,9 dollaradək endirib.
Bankın ekspertləri həmçinin 2009-cu il üçün WTI neftinin qiymətinə dair proqnozunu 123,2 dollardan 115,5 dollaradək, «Brent» markalı neftin qiymətinə dair proqnozunu isə 121,7 dollardan 114,2 dollaradək azaldıb. Lakin 2010-cu ilə gəlincə, «Barclays»ın proqnozu dəyişməz – WTI üçün 126,1 dollar, «Brent» üçün 121,3 dollar səviyyəsində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR