Bank Of Baku

Dow Jones indeksi 1,46%, Nasdaq 1,32%, S&P 500 isə 1,38% yüksəlib

Dow Jones indeksi 1,46%, Nasdaq 1,32%, S&P 500 isə 1,38% yüksəlib
# 12 sentyabr 2008 09:05 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 10-da Amerika bazarlarında Dow Jones indeksi 1,46% - 11433,71 bəndədək, Nasdaq 1,32% - 2258,22 bəndədək, S&P 500 isə 1,38% - 1249,05 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, «General Motors»un səhmləri 11,6%, «Ford Motor»un 4,9% bahalaşıb. «Lehman Brothers» investisiya bankının satılacağı barədə məlumatların fonunda bankın qiymətli kağızları 39,5% düşüb, «Bank of American»ın səhmləri 2,1%, «J.P.Morgan Chase&Co.»nun 5,7% artıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,89% - 5318,40 bəndədək, Almaniya DAX-ı 0,51% - 6178,90 bəndədək, Fransa CAC-40-ı isə 0,81% - 5565,97 bəndədək enib. Fransanın «Natixis» investisiya bankının səhmləri 6%, Britaniyanın «HBOS Plc.»in 2,8%, «Credit Agricole»nın 4,2%, «Royal Bank of Scotland»ın 3,6%, «Barclays»ın 5,3%, İsveçrənin UBS-in 4% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4006 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR