Bank Of Baku

Dünya bazarında neftin qiyməti 105 dollara enib

Dünya bazarında neftin qiyməti 105 dollara enib
# 25 sentyabr 2008 08:31 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 88 sent düşərək 1 barelə görə 105,73 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 63 sent – 102,45 dollaradək ucuzlaşıb.
Hərraca ABŞ-da yanacağa olan tələbatın azalması barədə məlumatlar təsir edib.
Bu gün səhər isə WTI neftinin qiyməti 0,04 dollar – 105,77 dollaradək bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR