Bank Of Baku

Dow Jones indeksi 0,27%, S&P 500 0,2% enib, Nasdaq isə 0,11% yüksəlib

Dow Jones indeksi 0,27%, S&P 500 0,2% enib, Nasdaq isə 0,11% yüksəlib
# 25 sentyabr 2008 09:12 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 14-də Amerika bazarlarında Dow Jones indeksi 0,27% - 10825,17 bəndədək, S&P 500 0,2% - 1185,87 bəndədək enib, Nasdaq isə 0,11% - 2155,68 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, «Goldman Sachs» bankının səhmləri 6,4%, «Berkshire Hathaway» investisiya şirkətinin 3,5% bahalaşıb, «Citigroup» və «Morgan Stanley»in müvafiq olaraq 5,2% və 11,4% düşüb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,79% - 5095,57 bəndədək, Almaniya DAX-ı 0,26% - 6052,87 bəndədək, Fransa CAC-40-ı isə 0,61% - 4114,54 bəndədək enib. «Anglo American Plc.» hasilat şirkətinin qiymətli kağızları 6%, İsveçrənin «Xstrata Plc.»in 5,3%, Fransanın «Total»ın 1,1%, «PSA Peugeot Citroen»in 2,7%, «Renault»un 2,9%, «Volkswagen AG»nin 5,8% ucuzlaşıb, Fransanın «Credit Agricole» bankının 5,1%, «Deutsche Bank»ın 3,1%, UBS-in 4,9% artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4657 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR