Bank Of Baku

Son üç ayda dünya bazarında neft 28% ucuzlaşıb

Son üç ayda dünya bazarında neft 28% ucuzlaşıb
# 26 sentyabr 2008 09:07 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,29 dollar yüksələrək 1 barelə görə 108,02 dollar təşkil edib. Hərracın gedişində neftin qiyməti 103,22-107,80 dollar/barel diapazonunda dəyişib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,15 – 104,60 dollaradək bahalaşıb.
Bu gün səhər isə WTI neftinin qiyməti 1,32 dollar – 106,70 dollaradək, Brent markalı neftin dəyəri 1,13 dollar – 103,47 dollaradək enib.
Qeyd edək ki, son üç ayda dünya bazarında neft 28% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR