Bank Of Baku

Dow Jones indeksi 1,82%, Nasdaq 1,43%, S&P 500 isə 1,97% yüksəlib

Dow Jones indeksi 1,82%, Nasdaq 1,43%, S&P 500 isə 1,97% yüksəlib
# 26 sentyabr 2008 09:11 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 25-də Amerika bazarlarında Dow Jones indeksi 1,82% - 11022,06 bəndədək, Nasdaq 1,43% - 2186,57 bəndədək, S&P 500 isə 1,97% - 1209,18 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, hərracın gedişində «Bank of America Corp.»un səhmləri 2,8%, «J.P.Morgan Chase» və «Citigroup Inc.»nin müvafiq olaraq 7,3% və 2,3% bahalaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,99% - 5197,02 bəndədək, Almaniya DAX-ı 1,99% - 5197,02 bəndədək, Fransa CAC-40-ı isə 2,73% - 4226,81 bəndədək yüksəlib. Nəticədə Fransanın «Credit Agricole» bankının qiymətli kağızları 6,5%, Almaniyanın «Commerzbank»ın 5,8%, İsveçrənin UBS-in 5,1%, Britaniya «Royal Bank of Scotland»ın 5%, «Deutsche Bank»ın 3,3%, HBOS-in 1,9% artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4662 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR