Bank Of Baku

Bu həftə dünya bazarında neft 4% bahalaşıb

Bu həftə dünya bazarında neft 4% bahalaşıb
# 27 sentyabr 2008 08:27 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,13 dollar düşərək 1 barelə görə 106,89 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,21 dollar – 102,39 dollaradək ucuzlaşıb.
Hərraca ABŞ-da neftə olan tələbatın azalacağı barədə proqnozlar və OPEC tərəfindən neft hasilatı həcminin artıracağı haqqında məlumatlar təsir edib. Belə ki, Neft İxracatçısı Ölkələri Təşkilatı yaxın 4 həftə ərzində dünya bazarına neft tədarükünü 2,2% - sutkada 24,21 mln. bareldən 24,75 mln. barelədək artıracaq.
Ümumiyyətlə, başa çatan həftə ərzində dünya bazarında neftin qiyməti 4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR