Bank Of Baku

Bu həftə Dow Jones indeksi 2%, Nasdaq 4%, S&P 500 isə 3,2% enib

Bu həftə Dow Jones indeksi 2%, Nasdaq 4%, S&P 500 isə 3,2% enib
# 27 sentyabr 2008 09:38 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 26-da Amerika bazarlarında Dow Jones indeksi 1,1% - 11143,13 bəndədək, S&P 500 0,3% - 1213,27 bəndədək yüksəlib, Nasdaq isə 0,1% - 2183,34 bəndədək düşüb.
«APA-Economics»in məlumatına görə, ümumiyyətlə ötən həftə Dow Jones indeksi 2%, Nasdaq 4%, S&P 500 isə 3,2% enib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 2,09% - 5088,47 bəndədək, Almaniya DAX-ı 1,77% - 6063,5 bəndədək, Fransa CAC-40-ı isə 1,5% - 4163,38 bəndədək zəifləyib. Hərracın gedişində Britaniya «Royal Bank of Scotland» bankının səhmləri 5,7%, Belçikanın «Dexia» bank təşkilatının 8,1%, Fransanın «Total» neft şirkətinin 1,6%, Britaniya BP-nin 1,9% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4662 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR