Bank Of Baku

Dow Jones indeksi 0,18%, Nasdaq 1,07%, S&P 500 isə 0,32% enib

Dow Jones indeksi 0,18%, Nasdaq 1,07%, S&P 500 isə 0,32% enib
# 02 oktyabr 2008 09:21 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Oktyabrın 1-də Amerika bazarlarında Dow Jones indeksi 0,18% - 10831,07 bəndədək, Nasdaq 1,07% - 2069,40 bəndədək, S&P 500 isə 0,32% - 1161,06 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, hərracın gedişində «General Electric»in səhmləri 3,9%, «ConocoPhillips»in 3,5%, «Ford Motor»un 12,5% ucuzlaşıb. «Morgan Stanley» bankının qiymətli kağızları 6,17%, «Citigroup»un 12,14% artıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,17% - 4959,59 bəndədək, Fransa CAC-40-ı isə 0,56% - 4054,54 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,42% - 5806,33 bəndədək enib. Nəticədə, Belçika-Niderland «Fortis» maliyyə şirkətinin qiymətli kağızları 13,7%, İsveçrənin UBS bankının 6,7%, Britaniya HBOS ipoteka bankının 20%, İtaliyanın «UniCredit SpA»nın 11% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3963 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR