Bank Of Baku

Dünya bazarında neftin qiyməti 98 dollar/barelədək ucuzlaşıb

Dünya bazarında neftin qiyməti 98 dollar/barelədək ucuzlaşıb
# 02 oktyabr 2008 09:22 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Oktyabrın 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,11 dollar və ya 2,1% ucuzlaşaraq 1 barelə görə 98,53 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,84 dollar – 95,33 dollaradək enib.
Qeyd edək ki, hərraca ABŞ-da neft ehtiyatlarının artımı təsir göstərib. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, sentyabrın 27-də bitən həftə ərzində ölkədə neft ehtiyatlarının həcmi 4,3 mln. barel – 294,5 mln. barelədək artıb.
Bu gün səhər isə WTI neftinin qiyməti 57 sent – 99,10 dollaradək, Brent markalı neftin dəyəri 52 sent – 95,85 dollaradək bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR