Bank Of Baku

Dünya bazarında neftin qiyməti 94 dollaradək ucuzlaşıb

Dünya bazarında neftin qiyməti 94 dollaradək ucuzlaşıb
# 03 oktyabr 2008 08:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 4,56 dollar və ya 4,6% ucuzlaşaraq 1 barelə görə 93,97 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 4,77 dollar – 90,56 dollaradək enib.
Qeyd edək ki, neftin qiymətinə dünya bazarında dolların möhkəmlənməsi və ABŞ-da neft ehtiyatlarının artması təsir göstərib. Belə ki, ABŞ-da son 6 həftədə ilk dəfə neft ehtiyatlarının, son 10 həftədə isə benzin ehtiyatlarının artımı müşahidə olunur. Həm də ABŞ-da neft və neft məhsullarının istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 7,1% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR