Bank Of Baku

Dow Jones indeksi 3,22%, Nasdaq 4,48%, S&P 500 isə 4,03% enib

Dow Jones indeksi 3,22%, Nasdaq 4,48%, S&P 500 isə 4,03% enib
# 03 oktyabr 2008 08:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 2-də Amerika bazarlarında Dow Jones indeksi 3,22% - 10482,85 bəndədək, Nasdaq 4,48% - 1976,72 bəndədək, S&P 500 isə 4,03% - 1114,28 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, hərracın gedişində «General Electric»in səhmləri 9,6%, «Exxon Mobil»in 1,4%, «Schlumberger»in 9,2%, dünyada üçüncü alüminium istehsalçı olan «Alcoa» şirkətinin səhmləri isə 8,9% ucuzlaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,8% - 4870,34 bəndədək, Fransa CAC-40-ı 2,25% - 3963,28 bəndədək, Almaniya DAX-ı isə 2,51% - 5660,63 bəndədək enib. Nəticədə, Almaniyanın «BMW» konserninin qiymətli kağızları 4,7%, «Siemens»in 4,6%, İsveçrənin UBS bankının 8,1%, Fransanın «Renault»un 6,9% düşüb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3811 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR