Bank Of Baku

Dow Jones indeksi 1,50%, Nasdaq 1,48%, S&P 500 isə 1,35% enib

Dow Jones indeksi 1,50%, Nasdaq 1,48%, S&P 500 isə 1,35% enib
# 06 oktyabr 2008 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 3-də Amerika bazarlarında Dow Jones indeksi 1,50% - 10325,85 bəndədək, Nasdaq 1,48% - 1947,39 bəndədək, S&P 500 isə 1,35% - 1099 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 3-də Amerikanın ən iri bankı olan «Citigroup»un səhmləri 16% ucuzlaşıb. Buna «Citigroup» tərəfindən müflis vəziyyətdə olan «Wachovia» bankının alınması üzrə əqdin baş tutmaması səbəb olub.
Avropa fond birjalarında əks tendensiya müşahidə olunub. Belə ki, Britaniya FTSE 100 indeksi 2,26% - 4980,06 bəndədək, Fransa CAC-40-ı isə 2,96% - 4080,59 bəndədək, Almaniya DAX-ı isə 2,41% - 5797,05 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3657 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR