Bank Of Baku

Azərbaycan manatının dollara qarşı birja məzənnəsi sentyabrda 0,75% möhkəmlənib

Azərbaycan manatının dollara qarşı birja məzənnəsi sentyabrda 0,75% möhkəmlənib
# 06 oktyabr 2008 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,75% möhkəmlənib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,8124 AZN-dən 0,8063 AZN-dək artıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi sentyabr ayında 0,8118 AZN-ə bərabər olub. Halbuki, avqustda bu göstərici 0,8125 AZN təşkil edib.
Qeyd edək ki, son bir il ərzində manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi 4,67%, cari ilin əvvəlindən isə 3,96% artıb.
Xatırladaq ki, bu ilin sentyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 23 bankın iştirakı ilə 128,325 mln. manat və ya 158,077 mln. dollar həcmində 64 alqı-satqı əqdi qeydə alınıb. Bu isə avqust ayı ilə müqayisədə 11,19% çoxdur. Ortagünlük dövriyyə 3,382 mln. dollardan 7,185 mln. dollaradək, hər əqdin orta həcmi isə 1,754 mln. dollardan 2,47 mln. dollaradək artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR