Bank Of Baku

Dow Jones indeksi 3,6%, Nasdaq 4,3%, S&P 500 isə 3,8% enib

Dow Jones indeksi 3,6%, Nasdaq 4,3%, S&P 500 isə 3,8% enib
# 07 oktyabr 2008 08:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 6-da Amerika bazarlarında Dow Jones indeksi 3,59% - 9955,50 bəndədək, Nasdaq 4,34% - 1862,96 bəndədək, S&P 500 isə 3,83% - 1056,89 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 6-da əsasən bankların səhmlərinin ucuzlaşması müşahidə olunub. Belə ki, «Merrill Lynch»in səhmləri 5,06%, «Goldman Sachs» – 6,04%, «Bank of Amerika» – 3,94%, «Citigroup» – 5,1% enib, «National City Corporation» regional bankın səhmləri isə 27% ucuzlaşıb. Bundan başqa, neftin qiymətinin düşməsi Amerikanın neft şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olub. Nəticədə, «Chevron»un səhmləri 3,2%, «ConocoPhilips»in isə 2,1% dəyərdən düşüb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 7,85% - 4589,19 bəndədək, Fransa CAC-40-ı isə 9,04% - 3711,98 bəndədək, Almaniya DAX-ı isə 7,07% - 5387,01 bəndədək qalxıb. İndekslərin düşməsinin əsas səbəbi Avropanın ən iri maliyyə şirkəti olan «Fortis» və Almaniyanın ikinci ən böyuk ipoteka bankı olan «Hypo Real Estate»in müflisləşməsi ehtimalı olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3516 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR