Bank Of Baku

Dünya bazarında neft daha 6,5% ucuzlaşıb

Dünya bazarında neft daha 6,5% ucuzlaşıb
# 07 oktyabr 2008 08:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 6,07 dollar və ya 6,47% ucuzlaşaraq 1 barelə görə 87,81 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 6,57 dollar – 83,68 dollaradək enib.
Neftin qiymətinin aşağı düşməsinin əsas səbəbi dünya maliyyə böhranı və bununla bağlı olan neftin tələbatının aşağı düşməsi barədə investorların gözləntisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR