Bank Of Baku

Dow Jones indeksi 5,1%, Nasdaq 5,8%, S&P 500 isə 5,7% enib

Dow Jones indeksi 5,1%, Nasdaq 5,8%, S&P 500 isə 5,7% enib
# 08 oktyabr 2008 08:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 7-də Amerika bazarlarında Dow Jones indeksi 5,11% - 9447,11 bəndədək, Nasdaq 5,80% - 1754,88 bəndədək, S&P 500 isə 5,74% - 996,23 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, oktyabrın 7-də əsasən maliyyə qurumlarının səhmlərinin ucuzlaşması müşahidə olunub. Belə ki, «Merrill Lynch»in səhmləri 25,6%, «JP Morgan» – 10,6%, «Morgan Stanley» – 24,9%, «Bank of Amerika» – 26% enib. Bundan başqa, «General Motors»un səhmləri 10,8%, «Ford»un səhmləri isə 20,8% ucuzlaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,35% - 4605,22 bəndədək, Fransa CAC-40-ı isə 0,55% - 3732,22 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 1,12% - 5326,63 bəndədək enib. Böyük Britaniyanın aktivləri üzrə ikinci bankı olan «Royal Bank of Scotland Group Plc.»nin səhmləri 40%, Almaniya «Commerzbank»ının səhmləri isə 14% ucuzlaşıb. Eyni zamanda, neftin qiymətinin artması neft şirkətlərinin səhmlərinin bahalaşmasına səbəb olub. Belə ki, BP-nin səhmləri 4,1%, Fransanın «Total»in isə 3% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3585 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR