Bank Of Baku

Dünya bazarında neftin qiyməti 2,6% artıb

Dünya bazarında neftin qiyməti 2,6% artıb
# 08 oktyabr 2008 08:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,25 dollar və ya 2,56% bahalaşaraq 1 barelə görə 90,06 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,98 dollar – 84,66 dollaradək enib.
Neftin qiymətinin artmasına OPEC rəhbəri Şakib Xəlilin təşkilat tərəfindən neftin tələbatının effektiv səviyyədə saxlanılması üzrə zəruri tədbirlərin görülməsi barədə bəyanatı təsir göstərib. Analitiklərin fikrincə, OPEC dekabr ayında öz iclasında neftin hasilat kvotalarını azaldacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR