Bank Of Baku

BFB-da 10505320S seriyalı 632 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10505320S seriyalı 632 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 08 oktyabr 2008 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10505320S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 632 min manat təşkil edib. Sifariş 91,77% (gəlirlik 10,39%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent 91,77% (gəlirlik 10,39%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 632 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin avqustun 18-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR