Bank Of Baku

Bu gün BFB-da Milli Bankın 50104019S seriyalı 30 mln. manat həcmində notları yerləşdirilib

Bu gün BFB-da Milli Bankın 50104019S seriyalı 30 mln. manat həcmində notları yerləşdirilib
# 08 oktyabr 2008 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50104019S seriyalı, emissiyanın ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi isə 30 mln. manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata əsasən, hərracda 9 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi həcmi 48 946 200 manat təşkil edib. Sifarişlər 99,18% (gəlirlik 10,63%) – 99,27% (gəlirlik 9,45%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,21% (gəlirlik 10,24%), orta ölçülmüş qiymət isə 99,24% (gəlirlik 9,85%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 5 536 400 manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 30 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-ci ilin noyabrın 5-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR