Bank Of Baku

Dünya bazarında neftin qiyməti 1,2% enib

Dünya bazarında neftin qiyməti 1,2% enib
# 09 oktyabr 2008 12:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,11 dollar və ya 1,23% enərək 1 barelə görə 88,95 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,30 dollar – 84,36 dollaradək enib.
Neftin qiymətinin artmasına ABŞ-da neft və neft məhsullarının ehtiyatları üzrə növbəti hesablamaların açıqlanması təsir edib. Beləliklə, həftə ərzində neft ehtiyatları 8,12 mln. barel (2,8%), benzin ehtiyatları 7,18 mln. barel (4%) artıb.
Qeyd edək ki, neft ehtiyatların artımı 2,2 mln. barel, benzin ehtiyatların artımı isə 1,5 mln. barel həcmində gözlənilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR